Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Nuri Həmədani İran İslam İnqilabının rəhbəri həzrət Ayətullah üzma Xameneinin şəhadəti münasibətilə aşağıdakı başsağlığı bəyanatını yayımlamışdır:
Bağışlayan və mehriban Allahın adı ilə
مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا
Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər. (Əhzab surəsi, 23-cü ayə)
İran İslam İnqilabının müdrik və uzaqgörən rəhbəri həzrət Ayətullah üzma Xameneinin (Allah ona rəhmət eləsin) şəhadəti, onun ömür boyu çalışıb ixlasla ələ gətirdiyi əməl və ibadətin mükafatı olmuşdur. Uca Allah onu daim özü arzuladığı və dualarında davamlı olaraq istədiyi məqama çatdırmışdır.
Həzrət Ayətullah üzma Seyid Əli Xamenei (Allah ona rəhmət etsin) təxminən 40 il rəhbərliyi dövründə nümunəvi bir lider kimi, heç vaxt Allahdan başqa heç kəs üçün iş görməmiş, qərar qəbul etməmiş və sözünü başqa yerə yönəltməmişdir.
Elm, əməl, təqva baxımından müstəsna olan bu dahi şəxsiyyət heç vaxt, hətta təhlükə anlarında belə xalqından ayrı düşməmişdir.
Şübhəsiz ki, cinayətkar Amerika ilə İsrailin ömrü sonuna çatmışdır. Bu dəfə qüdrətli silahlı qüvvələr, xalqın hərtərəfli dəstəyi ilə düşmənə yaddaşlarda qalan və qəti cavab verəcəkdir. Bu xüsusi şəraitdə böyük İran xalqı və bütün azadlıqsevər insanlar, qəzəblərini kontrol edərək düşmən qarşısında diqqətli olmalı, birlik və həmrəyliklərini qorumalı və hər cür ixtilafdan çəkinməlidirlər. Bütün xalqın birgə iştirakı və vahid mövqeyi ilə düşmən məyus edilməlidir. İnşallah, məsul şəxslər də öz vəzifələrini yerinə yetirəcək və düşmən anlayacaq ki, inqilabın yolu qüdrətlə davam etdiriləcəkdir.
İslam ümmətinin Ali Məqamlı Rəhbəri, Ayətullah üzma Seyid Əli Xameneinin şəhadəti münasibətilə başda həzrət İmam Zaman (ə.f) olmaqla, bütün İslam ümmətinə, o cümlədən dünyanın azadlıqsevər insanlarına başsağlığı verirəm.
Ayətullah Hüseyn Nuri Həmədani
Rəyiniz